Azərbaycan könüllülərinin iştirakı ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirilib — FOTO

Azərbaycan Könüllü Təşkliatları İttifaqının təşkilatçılığı ilə könüllülərin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva ilə 7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş onlayn görüşü baş tutub. 

“Respirator infeksiyalardan necə qorunaq?” mövzusunda baş tutan görüşdə mütəxəssis virusun yenidən sürətlə yayılmağa başladığı və fəsil dəyişikliyi ilə əlaqədar orqanizmin infeksion xəstəliklərə qarşı həssaslaşdığı bir dönəmdə immuniteti gücləndirərək müxtəlif yoluxucu xəstəliklərdən qorunmağın vacibliyini vurğulayıb və bu istiqamətdə həyata keçirilməli olan əsas profilaktik tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Qarşılıqlı diskussiya formatında davam edən görüşdə həkim-infeksionist könüllüləri maraqlandıran suallara aydınlıq gətirib. Qeyd olunub ki, maskadan düzgün istifadə, eləcə də əl və respirator gigiyena qaydalarına düzgün əməl olunması bizi həm koronavirus təhlükəsindən, həm də müxtəlif mövsümi xəstəliklərdən qoruya bilər. Bundan əlavə, Nəzrin Mustafayeva gəncləri ölkəmizdə davam edən peyvəndləmə prosesindən kənarda qalmamağa çağırıb və bu prosesin hazırda virusa yoluxma əleyhinə ən effektiv tədbirlərdən biri olduğunu vurğulayıb.

Sonda mütəxəssis virusla mübarizənin ön xəttində, istər maarifləndirici, istərsə də müxtəlif humanitar və sosial aksiyalarda iştirak edən könüllülərin dəstəyinin hər zaman yüksək qiymətləndirildiyini bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. 

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.