AFFA-dan “Zirə”yə 18 minlik cərimə: Rəşad Sadıqovun köməkçisi uzun müddətli cəzalandırıldı

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan “Zirə” – “Keşlə” oyunu (2:3) ilə bağlı qərarlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, “Zirə” 18 600 manat cərimələnib.

Belə ki, klub beş futbolçusu sarı vərəqə aldığı üçün 800, qırmızı vərəqə alan serb futbolçusu Lazar Corceviçə görə 3200, oyundan sonra qırmızı vərəqə alan futbolçu Sərtan Taşkına görə 200 manat cərimə olunub.

Bundan başqa, “Zirə” baş məşqçisi Rəşad Sadıqova görə 1600, məşqçi Eltun Yaqubluya görə 8 min manat ödəməlidir. Hər iki məşqçi texniki zona qaydalarını pozduğuna görə qırmızı vərəqə alıb.

Həmçinin, “Zirə” stadiona qanunsuz daxil olanlara görə əlavə olaraq 800 və köməkçi hakim Pərvin Talıbova matçdan sonra naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün 4 min manat cərimələnib.

“Zirə” məşqçi və futbolçularının cəza müddəti də açıqlanıb. Lazar Corceviç 4, Sərtan Taşkın 1, Rəşad Sadıqov 2 və Eltun Yaqublu 10 (əlavə olaraq hakimi təhqir edib və ona hədə-qorxu gəlib – S.M.) oyunluq cəzalandırılıb.

Sonda onu da bildirək ki, bu matçda qonaq komanda da cəzalandırılıb. Belə ki, beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Keşlə” klubu 800 manat cərimə olunub.

Səbuhi Musayev

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.