AİJA idman jurnalistlərini mükafatlandırdı — FOTO

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və “E-topaz”ın baş sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında onlayn şahmat turnirinin mükafatlandırma mərasimi olub.

Azərbaycan Şahmat Federasiyasının iştirakı, “İdman TV”, Oxu.Az, Estafet.Az, Media.Az və inSportPress-in informasiya, Chess.Az-ın isə texniki dəstəyi ilə baş tutan yarışda idman mediasının bir çox tanınmış nümayəndələri iştirak ediblər.

İsveçrə sistemi üzrə yeddi turda keçirilən turnir gərgin mübarizə ilə yadda qalıb. Yarışda üç iştirakçı hərəyə 5.5 xal toplayıb. Əlavə göstəricilərə görə, Qol.az saytının əməkdaşı Aysel Adıgözəlli birinci, müstəqil idman icmalçısı Səbuhi Səfiyarlı ikinci, mərhum qrossmeyster Vüqar Həşimovun bacısı, müstəqil idman jurnalisti, AİJA-nın üzvü Samirə Allahverdiyeva isə üçüncü yeri tutub.

Turnirin mükafatlandırma mərasimi AİJA-nın “Azərbaycan” nəşriyyatında yerləşən baş ofisində keçirilib.

Tədbiri giriş sözü ilə AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov açıb. Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm jurnalistikamıza, həm də idmana göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb.

Daha sonra görkəmli şahmatçı, şahmat üzrə qadınlardan ibarət milli komandamızın üzvü, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi İbrahim Məmmədov və turnirin baş sponsoru “E-topaz”ın təmsilçisi Alp Dəmir çıxış edib.

Tədbirin sonunda «Heydər Əliyev 98» turnirinin qalibləri mükafatlandırılıblar. Baş sponsor “E-topaz” birinci yerə 500, ikinci yerə 300, üçüncü yerə 200 manat mükafat ayırıb.

Yarışda ikinci yer tutmuş Səbuhi Səfiyarlı pul mükafatını YAŞAT fonduna köçürüb və buna görə baş sponsor “E-topaz” tərəfindən xüsusi sertifikatla təltif olunub.

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.