“Barselona” Neymarı transfer etmək üçün bəzi futbolçularını satışa çıxarıb

İspaniyanın “Barselona” klubu Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” tərəfindən mübarizədən kənarlaşdırılan PSJ-nin futbolçusu Neymarı həyətinə qatmağa çalışır.

AS agentliyi yazır ki, Kataloniya klubunun prezidenti Joan Laporta braziliyalının transferini klubdakı atmosferə müsbət təsir edəcəyi qənaətindədir.

J.Laporta bildirib ki, Neymarın keçidi “Barselona” markasının dəyərini də artıracaq”

“İkincisi, onun transferi heyətində çoxlu gənc futbolçu olan komandanın səviyyəsini qaldıracaq. Üçüncüsü, Neymarın keçidi, gələcəyi ilə bağlı hələ son qərarını verə bilməyən Lionel Messinin fikrinə təsir göstərəcək”.  

J.Laporta əlavə edib ki, rəhbəri olduğu klub Neymarın qiymətini 100 milyon avro qiymətləndirir və klub bəzi futbolçuları satmağı bacarsa bu məbləği toplaya bilər.

Xatırladaq ki, Neymar hazırkı komandası PSJ-yə məhz “Barselona”dan gəlib. Paris 2017-ci ildə rekord transfer həyata keçirərək, braziliyalıya görə 222 milyon avro xərcləyib. Neymarın cari müqaviləsi 2022-ci ilin yayında bitir.

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.