Böyük Dəbilqə: “Cüdoçularımızın ilk rəqibləri məlum oldu”

Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib.

“Report” xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

Kişilər
60 kq

1/16 final. Davud Məmmədsoy — Albert Oğuzov (Rusiya)

66 kq
1/32 final. Elçin Hüseynov — Karmine Maria Di Loreto (İtaliya)

73 kq
1/16 final. Rəşad Məmmədəliyev — Antoni Zinqq (Almaniya) / Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi
1/32 final. Nurlan Osmanov — Georgios Azoidis (Yunanıstan)

81 kq
1/16 final. Murad Fətiyev — Terens Kuamba (Qabon)
1/32 final. Hidayət Heydərov — Asad Masabirov (Qırğızıstan)

+100 kq
1/16 final. Camal Feyziyev — Marius Fizel (Slovakiya)

Qadınlar
48 kq

1/16 final. Leyla Əliyeva — Melani Vieu (Fransa)
1/16 final. Aişə Qurbanlı — Katarina Ments (Almaniya)

52 kq
1/16 final. Gültac Məmmədəliyeva — Lus Olvera (Meksika)

İlk yarış günündə kişilərdən Məmmədsoy və Hüseynov, qadınlardan Əliyeva, Qurbanlı və Məmmədəliyeva tatamiyə çıxacaq.

Mayın 6-da Məmmədəliyev, Osmanov, Fətiyev və Heydərov, mayın 7-də isə Feyziyev mübarizə aparacaq.

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.