Ərdoğanla Merkel arasında görüş keçirilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib.

“Haber Global” Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata əsasən xəbər verir ki, görüş videokonfrans formatında təşkil olunub.

Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Almaniyanın növbəti seçki müddətinə daxil olduğunu qeyd edərək, bu dövrün ölkə üçün faydalı şəkildə bitəcəyini arzulayıb və yaxın gələcəkdə formalaşacaq yeni hökumət zamanında da Türkiyə-Almaniya əlaqələrinin strateji baxışla inkişafına inandığını bildirib.

Dövlət başçısı Türkiyə-Avropa İttifaqı əlaqələrində yaranmış müsbət dəyişikliklərin qorunub saxlanmasının vacibliyini vurğulayıb, İttifaq üzvü olan Yunanıstanın təhrikedici hərəkətləri, Ege dənizində miqrantların hüquqa və vicdana zidd olaraq, geri qaytarılması hallarının daha da artmasına baxmayaraq, Türkiyənin Aİ ilə münasibətlərdə konstruktiv mövqeyini qoruduğunu qeyd edib.

R.T.Ərdoğan NATO çərçivəsində Əfqanıstanda fəaliyyətin necə davam etdiriləcəyinin müzakirə olunmasının vacibliyini ifadə edib. Həmçinin, Türkiyənin Liviyada bundan sonra da Milli Birlik Hökumətini dəstəkləyəcəyini və bu məsələdə Almaniya ilə əmkdaşlığa hazır olduğunu bildirib.

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.