Səudiyyə Ərəbistanı xaricdən gələn zəvvarları Həcc ziyarətinə buraxmayacaq?

Səudiyyə Ərəbistanı koronavirusun yayılması riski ilə əlaqədar digər ölkələrdən gələcək zəvvarlara Həcc ziyarətini yasaqlamağı düşünür.

Bu barədə “Reuters” öz mənbələrinə istinadla xəbər yayıb.

Məlumata görə, bu barədə müzakirələr davam edir və yaxın günlərdə qəti qərar açıqlanacaq.

Bildirilir ki, Həcc ziyarətinə ancaq vaksin olunan və ya koronavirusdan ən azı altı ay əvvəl sağalmış Səudiyyə vətəndaşlarına izn veriləcək.

Mənbədən o da vurğulanıb ki, Həcc zəvvarlarına yaş məhdudiyyəti tətbiq oluna bilər.

Hökumətdən bu iddialarla bağlı şərh verilməyib.

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.