Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir? — DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamı ilə, Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Orxan Faiq oğlu Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.

2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Orxan Nəzərli 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Ailəlidir, 3 övladı var.

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.