Seks kölələrini qurbanvermə və vudu ayinlər ilə saxlayan bordel aşkarlanıb — FOTO

ABŞ-ın Las-Veqas şəhərində polislər seks kölələrinin qurbanvermə və vudu ayinləri ilə saxlanıldığı əxlaqsızlıq yuvasına əməliyyat həyata keçiriblər.

Bu barədə “Daily Star” xəbər yayıb.

Hüquq mühafizəçiləri altı ay ərzində müşahidə aparıb, baş verənləri və məsulları müəyyənləşdirib. Beləliklə, onlar 30 yaşlı Jasmin Russo-Martinesi saxlayıblar.

Bundan sonra polislər müəssisədə yoxlamalara başlayıblar və qanla örtülmüş “vudu məbədi” aşkarlayıblar.

“Mənzilin də, qarajın da divarları da qanla örtülü idi”, — deyə hesabatda bildirilib.

A Las Vegas woman is accused of sex trafficking at least three other women, threatening them with witchcraft and animal sacrifice, court documents and Metro investigators said. When police entered the illegal brothel, they say there was blood on the walls. #8NN

— David Charns (@davidcharns) May 3, 2021

Seks kölələri isə Russo-Martinesi cadugərlikdə ittiham edib. Tez-tez qurbanvermə ayini keçirdən Martines qadınları qaçacaqları təqdirdə tilsimləməklə hədələyib. O, həmçinin iddia edib ki, bardeldən qaçan qızlardan biri çox tez bir zamanda ölüb.

Russo Martines isə ifadə verərkən “yalnız Tanrı qarşısına cavab verəcəyini” bildirib. Onun məhkəməsi mayın 6-na təyin edilib.

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.