Teymur Musayev: “Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir”

“Ölkəmizə vaksinlərin gətirilməsi davamlı olaraq həyata keçirilir”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib. 

Onun sözlərinə görə, ölkədə vaksinasiya prosesi ölkə başçısının tapşırıqlarına uyğun şəkildə aparılır:

“Vaksin istehsalçısı ölkələrlə danışıqlar aparılır və müxtəlif vaksinlərin ölkəmizə gətirilməsi təmin ediləcək. 

İlk olaraq “CoronaVac” vaksini gətirildi və tətbiq edildi. Son günlərdə “Sputnik V” vaksini gətirilib və onların da tətbiqinə başlanır. Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir”.

Könül Cəfərli

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.