Türkiyədə koronavirus peyvəndinin üçüncü dozası yerli vaksinlə vurulacaq

Türkiyyə Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusa qarşı peyvəndin üçüncü dozası barədə açıqlamalar verib.

Bu barədə “Yeni Şafak” qəzetinə müsahibədə o bildirib ki, ilin sonuna doğru birdən çox yerli peyvənd istifadə ediləcək.

Qoca qeyd edib ki, ikinci dozadan 6 ay sonra tövsiyə olunan və “üçüncü doza” (xatırlatma dozası) olaraq bilinən doza yerli peyvəndlə tətbiq ediləcək.

Hazırda Türkiyədə sifariş edilən 240 milyon doza peyvəndin 100 milyonu “Sinovac”ın, 90 milyonu “Biontech”in, 50 milyonu isə “Sputnik”in payına düşür.

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.