Üç güləşçimiz Olimpiadaya lisenziya qazanmaq üçün mübarizəyə başladı

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turnirinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər yarışacaq. Azərbaycanın üç təmsilçisi güləşin bu növündə qüvvəsini sınayır və finala çıxmağa çalışır. Finala çıxan idmançılar Olimpiadaya lisenziya qazanmış sayılacaq.

Artıq üçqat Avropa çempionu olan gürcü əsilli idmançımız Georgi Edişeraşvili ilk görüşündə həmyerlisinə Otari Qoqavaya qalib gəlib. O, 4:0 üstün olduğu görüşdə rəqibi zədələndiyi üçün qalib elan edilib.

Sərbəst güləş

57 kq
Təsnifat Georgi Edişeraşvili – Otari Qoqava (Gürcüstan) +:-

86 kq
Təsnifat Əbubəkr Abakarov – Uri Kalaşnikov (İsrail)

125 kq
1/8 final Vahid Qalayev – Xose Kuba Vaskes (İspaniya)

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.